Keçmiş məhkumun evindən 2,6 kq narkotik götürülüb

Keçmiş məhkumun evindən 2,6 kq narkotik götürülüb
  17 Yanvar 2019    Oxunub:1928
Masallı rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Masallı rayon Polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Ağabalayevin yaşadığ evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 2,6 kiloqramdan çox tiryək, həmçinin heroin və yüksək təsiredici xüsusiyyətə malik olan metadon, tramadol və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN   Narkotik  



Xəbər lenti