Ölkədən dollar çıxarmaq cəhdi baş tutmadı

  17 Yanvar 2019    Oxunub : 1072
Ölkədən dollar çıxarmaq cəhdi baş tutmadı
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasına piyada yolla gedən Azərbaycan Respublikası vətəndaşına məxsus əl yükü rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə edildiyindən saxlanılıb və həmin yükə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Azvision.az -a verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus qara əl çantasının içərisindəki pul kisələrində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və elektron qaydada bəyən olunmayan, ümumilikdə 12900 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK