Maşının salonundan 4000 "Marlboro" çıxdı - FOTOLAR

  17 Yanvar 2019    Oxunub : 977
Maşının salonundan 4000 "Marlboro" çıxdı - FOTOLAR
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumat əsasında, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda idarə etdiyi "Fiat Doblo" markalı avtomobili ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onunla şifahi sorğu-sual aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən xəbərə görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonunda ön sağ və sol oturacaqların içində, ön sağ və sol qanadların altında aksiz markası olmayan, üzərində "Marlboro" yazılan 4000 ədəd siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.




Azvision.az

Teqlər: DGK   Siqaret