Bakıda polis cinayətkarı hadisə yerində zərərsizləşdirdi - FOTO

 Bakıda polis cinayətkarı hadisə yerində zərərsizləşdirdi -    FOTO
  17 Yanvar 2019    Oxunub:19940
İctimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməlləri törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ictimai asayişin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də Səbail rayonu ərazisində baş verib. Yanvarın 13-də saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində naməlum şəxs Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərib. Hadisə zamanı zərərçəkənin köməyinə yaxınlıqda xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Heydər Həsənov çatıb.



Onun hadisəyə çevik və operativ reaksiyası nəticəsində quldurluq edən şəxs cinayət başında zərərsizləşdirilərək aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verilib. Polis Bölməsində araşdırma zamanı hadisəni tərədən şəxsin Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib. Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti