Müalicə üçün Bakıya gələn 70 yaşlı kişi sığınacağa yerləşdirilib

  Müalicə üçün Bakıya gələn 70 yaşlı kişi sığınacağa yerləşdirilib
  17 Yanvar 2019    Oxunub:2122
Bakıda daha bir vətəndaş sosial sığınacağa yerləşdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhərində yaşayış yeri olmayan 70 yaşlı vətəndaş nazirliyin sosial sığınacağına yerləşdirilib.

“Goranboy rayonu, Qızılhacılı kənd sakini 1949-cu il təvəllüdlü Muxtarov Məmməd İbrahim oğlu Bakıda müalicəsini bu gün bitirib və şəhərdə yaşayış yeri olmadığından, həmçinin hava şəraitini nəzərə alaraq sosial sığınacağa müraciət edib. O, təcili tibbi yardım maşını ilə sığınacağa gətirilib. Hava şəraiti sabitləşəndən sonra Məmməd dayı yaşadığı rayona yola salınacaq”.

Azvision.az




Teqlər: ƏƏSMN   Sığınacaq  





Xəbər lenti