Güclü külək Bakıda 4 nəfəri xəstəxanalıq etdi

  Güclü külək Bakıda 4 nəfəri xəstəxanalıq etdi
  17 Yanvar 2019    Oxunub:3648
Bakıda müşahidə olunan güclü külək bir sıra fəsadlara yol açıb.
Belə ki, Qaradağ rayonunda küləyin təsirindən hərəkətdə olan TIR yük maşını aşıb. Hadisə nəticəsində bir Türkiyə vətəndaşı xəsarət alıb.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həmin şəxsə tibbi yardım göstərilib, səhhətində ciddi problem olmadığından evə buraxılıb.

Bundan başqa, "Binə" ticarət mərkəzində bir nəfərin üstünə reklam lövhəsi aşıb. O, müştərək travma alıb. Vəziyyəti orta ağırdır, həyatı üçün təhlükə yoxdur.

Digər bir hadisə Lökbatan qəsəbəsində baş verib. Qarajda kişinin üstünə darvaza aşıb. Yerli sakin döş qəfəsinin əziyi diaqnozu ilə Neftçilər xəstəxanasına aparılıb.

Suraxanı rayonunda bir nəfər küləyin təsirindən yerə yıxılaraq baş nahiyyəsindən xəsarət alıb. Sabunçu xəstəxanasına aparılıb. Hazırda vəziyyəti normaldır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Külək   Hava  





Xəbər lenti