Bakıda külək 40-a yaxın ağacı aşırıb

  17 Yanvar 2019    Oxunub : 1709
 Bakıda külək 40-a yaxın ağacı aşırıb
Bakıda gecədən əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 40-a yaxın ağac aşıb və bir neçə ağacın budağı sınıb.
Azvision.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Birliyin heyəti hazırda gücləndirilmiş iş rejimində çalışır və aşan ağacların ərazilərdən götürülməsi üçün iş aparır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin keçəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

Azvision.az

Teqlər: