Oğurluq edən yeniyetmə iş başında tutuldu - FOTO

Oğurluq edən yeniyetmə iş başında tutuldu -    FOTO
  18 Yanvar 2019    Oxunub:2300
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi etibarlı şəkildə təmin olunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, bunun sübutu kimi bir neçə gün əvvəl Nəsimi rayonu H.B.Əliyev küçəsində yerləşən geyim və mobil telefonların satışı mağazasından oğurluğa cəhdin qarşısının mühafizə polisi tərəfindən alınmasını nümunə göstərmək olar. Belə ki, gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan mağazalardan Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.



İdarə əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və hər iki obyektin giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Teymur Cəfərov hadisə yerində saxlanılıb. Hadisəni törədən şəxs saxlanılıb aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin yetkinlik yaşına çatmadığı məlum olub. Faktla bağlı başlanan araşdırmalar davam etdirilir.


Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti