Nəsimidə ictimai asayişi pozan 104 nəfər saxlanılıb

Nəsimidə ictimai asayişi pozan 104 nəfər saxlanılıb
  18 Yanvar 2019    Oxunub:1987
Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən 2018-ci il ərzində rayon ərazisində baş verən ümumilikdə 29 cinayətin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, ictimai asayişi pozan 104 nəfər saxlanılaraq aidiyyəti üzrə polis bölmə və şöbələrinə təhvil verilib və 1377 obyekt mühafizəyə cəlb edilib.

"Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinin xidmətlərinə etibar edərək onlara müqavilə bağlayan fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formaları 24 saat etibarlı şəkildə qorunur".

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti