Bakı sakini 17 kq narkotiklə tutuldu - FOTO

  Bakı sakini 17 kq narkotiklə tutuldu -    FOTO
  18 Yanvar 2019    Oxunub:2767
Qaradağ rayon Polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən xəbərə əsasən, yanvarın 15-də Bakı-Qazax yolunun 36-cı kilometrliyində Sahil qəsəbəsi ərazisindəki YPX postunda Bakı şəhər sakini olan T.Kərimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Onun sərnişini paytaxt sakini Andrey Fomenkonun üzərinə baxış keçirilən zaman 6,427 qram marixuana aşkar edilərək götürülüb.



Saxlanılan şəxsin çantasına baxış zamanı oradan 16 kiloqram 250 qram marixuana və 470 qram heroin aşkar edilib. Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Əməliyyat və istintaq tədbirləri davam etdirilir.



Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti