“Havanın temperaturu yüksələcək” - Umayra Tağıyeva

 “Havanın temperaturu yüksələcək” -    Umayra Tağıyeva
  18 Yanvar 2019    Oxunub:2990
"Növbəti 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti yağmursuz olacaq və temperatur yüksələcək".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O, bildirib ki, Bakı və Abşeron yarımadasında havanın temperaturu bu gün 4-5 dərəcə yüksələcək, sonrakı günlərdə isə iqlim normasına yaxınlaşacaq: "Küləyin hazırkı sürəti 16 s/ m-dən artıq deyil, Xəzər dənizi akvatoriyasında isə küləyin sürəti 3-5 s/m arasındadır. Ölkə ərazisində müşahidə edilən güclü külək artıq səngiyir".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti