"Stomotoloji xidmətlər standartlara uyğun gəlmir" - Deputat

"Stomotoloji xidmətlər standartlara uyğun gəlmir" -    Deputat
  18 Yanvar 2019    Oxunub:2203
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında İİV və hepatit “C” virusunun yayılmasının əsas səbəblərindən biri stomotoloji xidmətlə bağlıdır. Bu gün Azərbaycanda istənilən şəxs həkimdirsə və yaxud biznesmendirsə, lisenziya alaraq özünə stomotoloji mərkəz açır, həkimləri, mütəxəssisləri ora cəlb edir. Hazırda stomotoloji xidmət beynəlxalq standartlata uyğun gəlmir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat parlamentin yaz sessiyasında bununla bağlı dinləmənin keçirilməsini təklif edib: “Bununla bağlı bir neçə ölkənin qanunvericiliyindən nümunələr toplamışam. Stomotoqlar da müraciət edir ki, bu məsələ Milli Məclisin gündəliyində olsun”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Hepatit   Stomotoloji-xidmət  





Xəbər lenti