Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  19 Yanvar 2019    Oxunub:1671
Salyan rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Səfər Məlikov və Cabbar Vahabov saxlanılıblar.

S.Məlikovdan çəkisi 425 qram, C.Vahabovdan isə 485 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxslər götürülən maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti