3 ailənin yaşadığı binada yanğın olub

  20 Yanvar 2019    Oxunub : 695
3 ailənin yaşadığı binada yanğın olub
Ağstafa rayonunun Poylu kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilmiş 3 ailənin yaşadığı birmərtəbəli binada ümumi sahəsi 140 m² olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, digər otağının qapı-pəncərə çərçivəsi 6 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın