Qanunsuz ov edən şəxslər saxlanılıb

  21 Yanvar 2019    Oxunub : 1397
Qanunsuz ov edən şəxslər saxlanılıb
Nəqliyyatda Baş Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qanunsuz ov etdiklərinə görə Masallı rayon sakini Elmir Əliyev və Astara rayon sakini Səttar Həsənov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, onlardan 4 ədəd tüfəng, 251 ədəd patron, ov ləvazimatları, habelə ovladıqları 28 ədəd ördək və qaşqaldaq aşkar edilərək götürülüb. Araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN   Ov