Bakıda kirayəşin ev sahibini döyüb

  21 Yanvar 2019    Oxunub : 1406
Bakıda kirayəşin ev sahibini döyüb
Binəqədi RPİ 6-cı PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Bakı şəhər sakini Arif Məmmədova Biləcəri qəsəbəsindəki evində küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən, orada kirayəşin olan Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Yahyayev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN