Arzu Qasımov narkotiklə tutuldu

  21 Yanvar 2019    Oxunub : 1003
Arzu Qasımov narkotiklə tutuldu
Gəncə şəhər sakinindən külli miqdarda narkotik müsadirə edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, Goranboy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Arzu Qasımovdan 2,2 qram, çantasından isə 1,5 kiloqram marixuana aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Narkotik