DİN Mətbuat Xidmətindən
Azvision.az -a verilən xəbərə görə,
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-dən cari il yanvarın 17-dək olan müddətdə paytaxtın
Xəzər, Səbail, Nizami, Yasamal,
Suraxanı, Xətai,
Abşeron rayonları, respublikanın
Quba və Sumqayt şəhərləri ərazisində quraşdırılmış “Milli ön” ödəmə terminallarından 122 742 manat və 1200
ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin şirkətdə inkasator işləyən
Bakı şəhər sakini İlqar Əlixanov saxlanılıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 42145 manat və 9400
ABŞ dolları aşkar edilərək götürülüb.
Azvision.az Teqlər: DİN Oğurluq