Gömrükdə külli miqdarda siqaret aşkarlanıb

  22 Yanvar 2019    Oxunub : 839
Gömrükdə külli miqdarda siqaret aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsi Gürcüstandan gələrkən saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilən 2 400 ədəd "Gold Mount" markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK