Ticarət mərkəzində gecələyən qadın sığınacağa yerləşdirildi

  22 Yanvar 2019    Oxunub : 1294
Ticarət mərkəzində gecələyən qadın sığınacağa yerləşdirildi
1952-ci il təvəllüdlü Abasova Zivər Teymur qızının daimi yaşayış yeri olmadığı üçün paytaxtdakı ticarət mərkəzlərindən birində gecələdiyi barədə nazirliyə daxil olan məlumatla əlaqədar müvafiq tədbir görülüb.
Bu barədə Azvision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

O, qeyd edib ki, dünən axşam saatlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Z.Abasovanı gecələdiyi yerdən götürərək Sosial Sığınacağa gətiriblər.

"O, burada geyim, qida və sosial-məişət xidmətləri ilə tam təmin olunur. Bundan sonra Z.Abasova həmişəlik dövlətin himayəsi altında yaşayacaq", - deyə F.Talıblı vurğulayıb.

Azvision.az

Teqlər: ƏƏSMN   Sığınacaq