Ötən il Yevlaxda 13 cinayətkar qrup ifşa edilib

  22 Yanvar 2019    Oxunub : 1432
 Ötən il Yevlaxda 13 cinayətkar qrup ifşa edilib
Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində mühüm işlər görülüb, qanunçuluğa, nizam-intizama ciddi riayət edilib, əməliyyat şəraiti və kriminogen durum tam nəzarətdə saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, ötən il rayon ərazisində 239 cinayət hadisəsi qeydə alınıb. Həyata keçirilmiş uğurlu əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 225 cinayət hadisəsinin açılması təmin olunub. Baş vermiş cinayətlərin 25-i ağır və ya xüsusilə ağır cinayətlər olub, onların da açılması 88 faiz təşkil edib.

Yevlax RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi istiqamətində qətiyyətli tədbirlər həyata keçirilib. 2018-il ərzində 83 fakt aşkar edilmiş, onlardan 16-sı satış, 63-ü saxlama, 4-ü əkin olub. Həmçinin “Xaş-Xaş-2018” şərti adlı tədbirlər planının icrası ilə əlaqədar rayon ərazisində ümumilikdə 2 ton 237 kilorqam olmaqla 4288 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq yandırılmışdır.

Keçirilmiş əməliyyat-axtarış ətdbirləri nəticəsində 31 nəfərdən ibarət 13 cinayətkar qrup ifşa edilib, keçmiş illərdən bağlı 10 cinayət hadisəsi açılıb. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində mənzillərdən silsilə oğurluq edərək vətəndaşlara külli miqdarda ziyan vurmuş “Cəfəri” dini təriqətinə mənsub 3 nəfərlik qrup üzvləri saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Həmçinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən əhalidə qanunsuz saxlanılan döyüş sursatlarının yığılması istiqamətində keçirilmiş tədbirlər zamanı 1 ədəd 5.45 kalibrli “AKS-74 U” markalı avtomat silah, 1 ədəd sandıq və 16 ədəd 7.62 kalibrli avtomat patronları da aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Yavlax