Daşkəsəndə narkotacir saxlanılıb

  22 Yanvar 2019    Oxunub : 1250
Daşkəsəndə narkotacir saxlanılıb
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib .
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şərur rayon sakini Yaşar Şəfiyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 385 qram olan sellofan bükümdə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı Daşkəsən RPŞ-də araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik