Göyçayda ağır qəza: Ölən və yaralılar var

  22 Yanvar 2019    Oxunub : 1627
Göyçayda ağır qəza: Ölən və yaralılar var
Göyçay rayonunun Şahsoltanlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Azvision.az -a verilən məlumata görə, yanvarın 21-də saat 9 radələrində Göyçay rayonunun Şahsoltanlı kəndi ərazisində Potu kənd sakini Qnyaz Məmmədovun idarə etdiyi “Ford Transit” və Ağsu rayon sakini Bünyad Qaçayevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub.

Nəticədə B.Qaçayevin sərnişini, Ağsu rayon sakini Mehman Cavadov hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Qəza   DİN