Köməksiz qalan azyaşlı xilas edilib

  22 Yanvar 2019    Oxunub : 945
Köməksiz qalan azyaşlı xilas edilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az


Teqlər: FHN