Samux sakinin evindən 36 kq marixuana götürülüb

  Samux sakinin evindən 36 kq marixuana götürülüb
  23 Yanvar 2019    Oxunub:3479
Samuxda polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Xaliq Mustafayevin həyətyanı sahəsindən 33 kiloqram 685 qram marixuana, müvafiq sənədləri olmayan “İJ-54” markalı tüfəng və 3 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti