Bakıda oğurluq edən şəxslər tutuldu

Bakıda oğurluq edən şəxslər tutuldu
  23 Yanvar 2019    Oxunub:1894
Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 16-dan noyabrın 4-dək olan müddətdə iki avtomobildən maqnitofon və akkumulyator, bir evdən su sayğacı oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini Xalid Əbdülməmmədov yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları tərəfindən yanvarın 18-də paytaxt sakini olan bir nəfərin cibindən 2500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Şahavədli saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən yanvarın 5-də paytaxt sakini olan bir qadının içərisində 350 manat və bank kartları olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nərgiz Ağaməmmədova tutulub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti