Sumqayıt Texniki Kollecində "Açıq qapı" günü keçirilib

  23 Yanvar 2019    Oxunub : 918
Sumqayıt Texniki Kollecində "Açıq qapı" günü keçirilib
Sumqayıt Dövlət Universitetində və onun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, Qeyri-hökumət təşkilatları, valideynlər, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişatı izlənilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov monitorinq iştirakçılarına 2018-2019-cu tədris ilinin payız imtahan sessiyasının təşkili və gedişi, imtahan qaydaları, imtahan prosesində şəffaflığın və obyektivliyin təmin edilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər haqqında ətraflı məlumat verib. Bildirib ki, təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı əmrinə əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur. İmtahan başlayandan mütamadi olaraq universitetdə İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə SDU-da və eyni zamanda Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində imtahan prosesi izlənilir.

İmtahanlar bir qayda olaraq yazılı formada aparılır. İmtahan başa çatdıqdan sonra cavab blankları imtahan yoxlanma qərargahında kodlaşdırılaraq, müəllimlər tərəfindən yoxlanılır və nəticələr elan olunur. Yazılı imtahanda müsbət qiymət alan tələbələr qiymətlərini artırmaq üçün ərizə ilə müraciət etdikdə, onlardan appelyasiya komissiyasının üzvlərinin və fakültə dekanlarının iştirakı ilə şifahi imtahan götürülür, cavab qane edici olduqda qiyməti artırılır. Əks halda əvvəlki qiymət saxlanılır.

Humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynov nümayəndə heyətilə imtahanların gedişini izləmək üçün Tədris Metodik Mərkəzdə, auditoriyalarda, yazı işlərinin kodlaşdırılması otağında olub.

İmtahanlar bitdikdən sonra İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri tələbələrlə də söhbətlər aparıblar.

Nümayəndə heyəti Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecdə imtahan prosesini də izləyiblər. Kollecin direktoru dosent Mətanət Pirquliyeva nümayəndə heyəti ilə görüşüb, qeyd edib ki, imtahanlarda şəffaflığın təmin olunmasını həyata keçirmək məqsədilə hazırlıq işləri vaxtında görülüb.

Teqlər: