Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

  24 Yanvar 2019    Oxunub : 776
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri uğurla davam etdirilir.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Namiq Tağıyev saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 0.23 qram olan, narkotik vasitə olan “heroin” aşkar olunub. N.Tağıyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evindən isə 24 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 1.93 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Tağıyevə narkotik vasitə satan şəxsin, əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Ehtiram Fərəcov olduğu müəyyən edilərək, Kəpəz RPİ-nə gətirilib. Onun evinə baxış keçirilən zaman 11 ədəd kibrit qutusunda və 1 ədəd selofanda ümumi çəkisi 75.26 qram çəkidə narkotik vasitə olan marixuana və evin müxtəlif yerlərindən ümumilikdə 36 ədəd siqaret falqasına bükülü olan ümumilikdə 4.92 qram narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Narkotik