Bir gündə iki piyada qəzada ölüb

Bir gündə iki piyada qəzada ölüb
  24 Yanvar 2019    Oxunub:2262
Yanvarın 23-də saat 7 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Hacıqabul rayon sakini M.Mahmudov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zərqələm Rəhmanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, anoloji hadisə Siyəzən rayonunun Yenikənd kəndi ərazisində baş verib.

Belə ki, yanvarın 23-də saat 17 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində kənd sakini N.Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən həmkəndlisi Umusələmə Səlimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti