Keçmiş məhkumun evindən 1,2 kq heroin tapıldı

Keçmiş məhkumun evindən 1,2 kq heroin tapıldı
  24 Yanvar 2019    Oxunub:2159
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.
DİN-dən Azvision.az -a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Ağayevdən 3 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 1,2 kiloqram heroin götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti