Polis əməliyyat keçirdi, silah-sursat tapıldı

Polis əməliyyat keçirdi, silah-sursat tapıldı
  24 Yanvar 2019    Oxunub:2030
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərovdan 1 ədəd qumbara və 1 ədəd nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
DİN mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır. Bundan başqa daxil olmuş məlumat əsasında Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şössesindən 1 ədəd “F-1”, 2 ədəd “RQD-5” markalı qumbaralar və 53 ədəd patron tapılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti