Oğurluğa cəhd edən şəxs saxlanılıb

Oğurluğa cəhd edən şəxs saxlanılıb
  24 Yanvar 2019    Oxunub:1715
Yanvarın 23-də saat 21 radələrində Şəmkir rayonunun Seyfəli kəndində Şəmkir çay su anbarının həyətindən 100 metr borunun oğurlanmasına cəhd göstərilib.
DİN mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Şəmkir Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən oğurluğun qarşısı alınıb və hadisəni törədən şəxs saxlanılıb. Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin kənd sakini M.Məmmədov olduğu müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti