Polis narkotik alverçilərini tutdu

Polis narkotik alverçilərini tutdu
  24 Yanvar 2019    Oxunub:2512
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş T.Tarverdiyev saxlanılıb.
DİN mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, ondan 202 qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb. ​Davam etdirilən əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Xaçmaz rayon sakini İ.Məhərrəmov Binəqədi rayonu ərazisində saxlanılıb.

İ.Məhərrəmova narkotik vasitəni satmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilib. Görülmüş tədbirlərlə S.Ordıyev də Nərimanov rayonu ərazisində saxlanılıb. Ondan 301 qramdan artıq heroin aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti