Cəlilabadda narkotacir 3 kq heroinlə tutuldu

  25 Yanvar 2019    Oxunub : 1174
Cəlilabadda narkotacir 3 kq heroinlə tutuldu
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə Cəlilabad RPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz döviyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəhər sakini Etibar Verdiyev saxlanılıb.

Saxlanılarkən üzərinə keçirilən baxış zamanı əlindəki polietilen torbada 3 ədəd bükümdə ümumi çəkisi 3 kiloqram 360 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik