Avtomobildən xeyli sayda siqaret aşkarlanıb

Avtomobildən xeyli sayda siqaret aşkarlanıb
  25 Yanvar 2019    Oxunub:1494
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən xəbərə görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 3000 ədəd “Gold Mount” markalı siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti