Qaradağ Rayon Mühafizə Şöbəsi və 11-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə tədbir keçiriblər.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Qobustan Milli tarixi Bədii Qoruğunun ərazisindən sellofana bükülmüş 1 ədəd tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Araşdırma aparılır.