Gəncədə ticarət mərkəzində yanğın olub

Gəncədə ticarət mərkəzində yanğın olub
  25 Yanvar 2019    Oxunub:1787
Gəncə şəhərinin Nizami rayonunda yanğın hadisəsi qeydə alınıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, mağazanın yerləşdiyi ümumi sahəsi 2000 m² olan ikimərtəbəli mansarda tipli binanın (mansardası çayxana, zirzəmisi anbar kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 500 m² sahədə və içərisində olan geyim malları yanıb.

Mağazanın zirzəmisi, 2-ci mərtəbəsi və mansardası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın baş verən tikili ticarət mərkəzi kimi fəaliyyət göstərir.

Azvision.az





Teqlər: FHN   Yanğın   Gəncə  





Xəbər lenti