Maşınla vurulan piyada bir həftə sonra öldü

Maşınla vurulan piyada bir həftə sonra öldü
  25 Yanvar 2019    Oxunub:2286
Yanvarın 17-də saat 22 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini R.Piriyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini X.Müşfiqlini vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəsarətlə xəstaxanaya yerləşdirilmiş piyada yanvarın 24-də orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti