Qubada narkotik alverçisi saxlanılıb

Qubada narkotik alverçisi saxlanılıb
  25 Yanvar 2019    Oxunub:2200
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən V.Babayev saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan sellofan bükümdə çəkisi 130 qrama yaxın heroin aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun rayon ərazisində yerləşən qəbirstanlıqda narkotik vasitə gizlətdiyi də məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə həmin əraziyə baxış zamanı oradan da sellofan bükümdə 231 qram heroin aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti