Samux sakinindən 33 kq narkotik götürüldü - FOTOLAR

   Samux sakinindən 33 kq narkotik götürüldü -    FOTOLAR
  25 Yanvar 2019    Oxunub:3255
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Samux rayonunun sakini Xaliq Mustafayev saxlanılıb.



Onun evinə baxış zamanı 33 kiloqram 685 qram marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri şəxsi təsərrüfatında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq X.Mustafayevin evindən müvafiq sənədləri olmayan “İJ-54” markalı tüfəng və 3 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı Baş İdarənin əməkdaşları tərəfindən istintaq tədbirləri davam etdirilir.







Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti