Oğurluq edən şəxslər ifşa olundular

Oğurluq edən şəxslər ifşa olundular
  25 Yanvar 2019    Oxunub:3231
Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də rayon ərazisindəki evlərin birindən 200 manat, mobil telefon, fotoaparat və qol saatı oğurlamaqda şübhəli bilinən Qaxingiloy kənd sakini Z.Zurabaşvili saxlanılıb.
DİN mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Oğuz RPŞ-nin əməkdaşları tərəfindən yanvarın 20-də rayon ərazisindəki həyətlərin birindən 100 kiloqram şabalıd oğurlamaqda şübhəli bilinən Xaçmaz kənd sakinləri K.Osmanlı və R.Məsimzadə saxlanılıblar.

Bundan başqa yanvarın 24-də Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.İsayeva bir gün əvvəl çantasından 1800 manat pulunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti