Bakıda təhsil mərkəzində yanğın olub

Bakıda təhsil mərkəzində yanğın olub
  25 Yanvar 2019    Oxunub:2298
Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli mansarda tipli binanın (1-ci mərtəbəsi mağaza, mansardası tədris mərkəzi kimi fəaliyyət göstərir) mansardasının tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Binanın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: FHN   Yanğın   Binəqədi  





Xəbər lenti