Qaraçuxurda silah-sursat tapılıb

Qaraçuxurda silah-sursat tapılıb
  26 Yanvar 2019    Oxunub:1492
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 2 ədəd alışdırıcı və 7 ədəd patron tapılıb.

Azvision.az



Teqlər: DİN   silah  





Xəbər lenti