Mağazalardan oğurluq edənlər saxlanılıb

Mağazalardan oğurluq edənlər saxlanılıb
  26 Yanvar 2019    Oxunub:2189
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə rayon ərazisindəki təsərrüfat və mağazalardan oğurluq edən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə Biləsuvar rayon İsmətli kənd sakini F. Bayramov DİN-in “102 xidməti zəng mərkəzi”nə müraciət edərək gecə saatlarında ona məxsus mağazadan 700 manat dəyərində tütün məmulatları və digər məhsulların, həmçinin 600 manat nağd pulun oğurlanması ilə bağlı məlumat verib.

Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən Biləsuvar rayonunun Ağayrı kənd sakini Elvin Hüseynli və şəhər sakini Süleyman Qurbanov saxlanılıb. Araşdırmalarla onların digər oğurluq əməlləri də müəyyən edilib.

Məlum olub ki, E. Hüseynli və S. Qurbanov müxtəlif vaxtlarda Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yerləşən mağazadan 800 manat dəyərində tütün məmulatlarını, 100 manat dəyərində mobil operatorlara məxsus ödəmə kartlarını və 450 manat nağd pulu, həmçinin şəhərin M. İbrahimov küçəsində yaşayan E. Abbasova məxsus evin həyətindəki yardımçı tikilidən 165 manat dəyərində məişət texnikalarını oğurlayıblar.

Oğurladıqları əşyaların bir qismi onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az





Teqlər: DİN   Oğurluq  





Xəbər lenti