Hacıqabulda narkotik satanlar tutulub

Hacıqabulda narkotik satanlar tutulub
  26 Yanvar 2019    Oxunub:1697
Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Sabirabad rayon sakini F.Məmmədov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə F.Məmmədova narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunan Ə.Muradov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən və idarə etdiyi “VAZ-2106” markalı avtomobildən marixuana aşkar edilərək götürülüb.

Azvision.az




Teqlər: DİN   Narkotik  





Xəbər lenti