Qanunsuz saxlanılan silahlar götürülüb

Qanunsuz saxlanılan silahlar götürülüb
  28 Yanvar 2019    Oxunub:1583
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Kürdmaşı kənd sakini Siruz Hüseynovun evindən qanunsuz saxladığı “TOZ 63” markalı qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb və onun barəsində protokool tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

İsmayıllı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Quşencə kəndi ərazisində “TOZ 8” markalı təklüləli ov silahı tapılaraq götürülüb.

Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti