Polis çox sayda silah-sursat tapıb

Polis çox sayda silah-sursat tapıb
  28 Yanvar 2019    Oxunub:1948
Daxil olmuş məlumat əsasında Astara RPŞ-nin əməkdaşları tərəfindən Xətai kəndi ərazisində məişət tullantıları atılan ərazidən 4 ədəd “F-1” qumbarası, 1 ədəd lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng, 2 ədəd trotil şaşkası və 6400 ədəd müxtəlif çaplı patron tapılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, həmçinin Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 26-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunun M.Hadi küçəsindən 1 ədəd alışqansız “F-1” qumbarası tapılmış və 36-cı Polis Bölməsinə təhvil verilib.

Azvision.az



Teqlər: DİN   Polis   Silah  





Xəbər lenti