Avtobusda qadının telefonu oğurlanıb

Avtobusda qadının telefonu oğurlanıb
  28 Yanvar 2019    Oxunub:1798
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edən qəsəbə sakini olan qadın yanvarın 25-də Bakıxanov qəsəbəsi ərazisində xətt avtobuslarının birində mobil telefonunun oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, mMüraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kərimov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. ​Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti