Avtomagistrallarda sürət həddi endirildi

 Avtomagistrallarda sürət həddi endirildi
  29 Yanvar 2019    Oxunub:1892
Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraiti ilə bağlı bir neçə prospektdə sürət həddini aşağı endirib.
BNA-dan Azvision.az -a daxil olan məlumata görə, hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.

Azvision.az



Teqlər: BNA   Yol  





Xəbər lenti