Keçmiş məhkum heroinlə tutuldu

Keçmiş məhkum heroinlə tutuldu
  29 Yanvar 2019    Oxunub:1948
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məhərrəmov saxlanılıb
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan çəkisi 509 qram olan heroin aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti